İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.
Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.
Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 19 saat sonra
-
-
52 d. əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
57 d. əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
Azərbaycan neftinin son qiyməti
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
























