Mərkəzi Bank şikayət olunan bankların siyahısını dərc etdi
"Ziraat Bank Azərbaycan" ASC şikayətlər üzrə bazar payı və müştərilər üzrə bazar payı nəzərə alınmaqla ən az şikayət olunan bankdır.Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin fevral ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqalyıb.
Marja.az İndeksə istinadən xəbər verir ki, yuxarı şikayət indeksi siyahısında (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) "Bank of Baku", "Bank VTB (Azərbaycan)" , "Accessbank" və "Bank Avrasiya" yer alıb.
Orta şikayət indeksində isə "Yapı Kredi Bank Azərbaycan", "Turanbank", "Azərbaycan Sənaye Bankı", "Expressbank", "Unibank", "Yelo Bank", "Rabitəbnak", "Bank Respublika" və "Azər-Türk Bank" yer tutublar.
Aşağı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) isə "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Xalq Bank", "PAŞA Bank"və "Ziraat Bank Azərbaycan" yer tutublar.
Şikayət indeksinin metodologiyası:
Banklar üzrə şikayət indeksinin hesablanması üçün aşağıdakı düstürdan istifadə olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/ Müştərilər üzrə bazar payı
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir.
Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur. “Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir. Şikayət indeksinin izahı: İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)










