Proqnozdan əlavə 1,5 milyard manat vəsait toplanıb
2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində dövlət büdcəsinə proqnozdan əlavə 1,1 milyard manat daxilolma təmin edilib.
Marja.az xəbər verir ki, bunu Dövlət Vergi Xidməti açıqlayıb.
Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artan templə davam edir. İlk növbədə daxilolmalarda könüllü daxilolmaların xüsusi çəkisi daha da artıb. 2019-cu ildən qeyri-neft-qaz vergi daxilolmalarının artım tempi qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir ki, bunun da əsas səbəbi dövriyyələrin şəffaflaşmasıdır.
Əlavə edilib ki, Azərbaycanda əmək müqavilələrinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 406,9 min artaraq cari ilin yanvarın 1-nə 1 milyon 808,8 min, o cümlədən qeyri-neft-qaz özəl sektorda 358 min və ya 1,6 dəfə artaraq 897,9 min olub.
Ötən il məcburi dövlət sosial sığorta ödənişləri üzrə proqnozdan əlavə 413,2 milyon manat daxilolma təmin edilib, bu sahədə artım 13,3 % olub. Qeyri-büdcə təşkilatları üzrə artım 15,1 % təşkil edib. Dövriyyələrin şəffaflaşmasında yeni nəsil nəzarət-kassa-aparatlarının geniş tətbiqi mühüm amillərdən biridir. Bu aparatlar üzrə dövriyyələrin artımı ötən il də davam edib və dövriyyənin həcmi 22 milyard manata çatıb.
“ƏDV geri al” layihəsi stimullaşdırma ilə yanaşı iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. 2023-cü ildə fiziki şəxs olan istehlakçılara ödədikləri ƏDV üzrə 154 milyon 178,8 min manat geri qaytarılıb. Ötən ildən etibarən nağdsız ödəniş edən istehlakçılara qaytarılan ƏDV məbləği artırılıb. Bu da faktiki olaraq nağdsız ödənişlə alış-verişin genişlənməsinə səbəb olub. Ötən il ölkədə nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə artaraq 48 milyard 978 milyon manat təşkil edib. Bu, həm də vergi islahatlarının nağdsız dövriyyənin artımına verdiyi töhfədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
32 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























