Naxçıvan Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən yanvar ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edilib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 19 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik olunub. Dəyişikliyə əsasən, heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələr və qeyri-qanuni vəhşi heyvan ovuna görə tətbiq edilən cərimələr müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna və ya xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarına keçirilir.
Nazirlər Kabinetinin 2024-cü il 22 yanvar tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin say həddi cəmi 195 ştat vahidi olmaqla, nazirliyin Aparatının işçilərinin say həddi 65, Dövlət Maliyyə Nəzarəti İdarəsinin işçilərinin say həddi 25, yerli bölmələrinin işçilərinin say həddi 98, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin işçilərinin say həddi isə 7 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında nişanlanma xətlərinin ölçülərinin müəyyən edilməsi haqqında” Qərarı ləğv edilib.
Qurumun 2024-cü il 30 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının, Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin və Sədərək Rayon Su Monitorinq Laboratoriyasının ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsinin yaradılması və nazirliyin tabeliyindəki bəzi qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında”, “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Bir sıra təşkilatların, publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan bəzi hüquqi şəxslərin ştat cədvələrinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatına “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi” sözləri daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















