Hotellərdə gecələyən Azərbaycan vətəndaşlarının sayı artıb
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 24,4 faiz artaraq 1 milyon 558,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,5 faizini təşkil edir.Dövlət Statistika Komitəsi 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
Marja.az məlumata istinadən xəbər verir ki, 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3 faiz artaraq 3422,3 min olmuşdur. Gecələmələrin ümumi sayının 57,6 faizi Bakıda, 5,5 faizi Qubada, 4,7 faizi Xaçmazda, 4,2 faizi Naftalanda, 4,0 faizi Qəbələdə, 3,9 faizi Qusarda, 3,7 faizi Şabranda, 3,2 faizi Lənkəranda, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi İsmayıllıda, 0,9 faizi Şamaxıda, 0,8 faizi Şəkidə, 0,6 faizi Şuşada, 0,5 faizi Mingəçevirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
AZƏRBAYCANDA HOTELLƏRDƏ ƏCNƏBİLƏRDƏN ƏN ÇOX RUSLAR VƏ HİNDİSTANLILAR GECLƏYİB
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 33,7 faiz artaraq 1 milyon 864 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,5 faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 15,2 faizi Rusiya Federasiyası, 10,3 faizi Hindistan, 9,7 faizi Səudiyyə Ərəbistanı, 7,8 faizi Türkiyə, 7,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,7 faizi Küveyt, 3,6 faizi İsrail, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,9 faizi Böyük Britaniya, 2,2 faizi Özbəkistan, 2,0 faizi Pakistan, 1,9 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,2 faizi İtaliya, 0,9 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,5 faizi Oman, 0,5 faizi Polşa, 0,4 faizi Niderland, 17,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 faizi Bakıda, 4,0 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,5 faizi Qusarda, 0,5 faizi Şabranda, 2,3 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 24,4 faiz artaraq 1 milyon 558,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,5 faizini təşkil edir.
HOTELLƏRİN GƏLİRLƏRİ ARTIB
2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6 faiz artaraq 488,8 milyon manat olmuşdur ki, onun da 60,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,7 faizi ictimai iaşə xidmətlərindən, 3,4 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 3 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib























