Qlobal bazarlar Fed protokollarına fokuslandı
Ümumiyyətlə müsbət məcrada gedən qlobal bazarlar, bu gün açıqlanacaq ABŞ Mərkəzi Bankı (Fed) Açıq Bazar Komitəsinin 13-14 (FOMC) Dekabr 2016-ci il tarixli iclas protokollarına fokuslanıb. Protokollar Fed-in 2017-ci ildə faiz artırmasına dair geniş məlumat verə bilər.
ABŞ-da bazar ertəsi gününün də rəsmi tətil olmasından sonra dünən ilin ilk iş gününü keçirən bazarlar müsbət səviyyədə qaldı. Dünən açıqlanan İSM emal sənaye indeksinin 54,7 ilə gözləntilərin olduqca üzərində gəlməsinin ardından Dou Cons indeksi 0,60 faiz, S&P 500 və Nasdaq indeksləri 0,85 faiz dəyər qazanıb.
Avropa tərəfində, dünən Almaniyada açıqlanan inflyasiya göstəricisinin illik 1,7 faiz artımla gözləntiləri keçməsinə baxmayaraq avro/dolar məzənnəsi 1,0341 ilə 2003-cü ildən bu yana ən aşağı səviyyəsini gördü. Məzənnə, analitiklərin dəstək kimi səciyyələndirdiyi bu səviyyədən gələn reaksiya alışları ilə 1,04-ün dərhal üzərində tarazlandı. Dünən Almaniyada DAX indeksi 0,12 faiz dəyər itirərkən, Britaniyada FTSE 100 indeksi 0,49% və Fransada CAC 40 indeksi 0,35 faiz yüksəliş qeyd edib.
Dünən 58,4 dollar ilə təxminən 18 ayın zirvəsini görən Brent neftinin qiyməti, bu səviyyələrdə təsirini artıran satışlarla sərt bir şəkildə süquta keçib və bu gün Asiya bazarlarında 55-56 dollar aralığında qalıb.
Yaponiyada Baş Nazir Shinzo Abenin iqtisadiyyata üstünlük verməyə davam edəcəyini, erkən seçki düşünmədiklərini söyləməsi və açıqlanan emal sənaye göstəricilərinin gözləntiləri aşmasından sonra Nikkey 225 indeksi sürətli bir şəkildə yüksəlib və yekuna yaxın 2,5 faiz dəyər qazanıb. Çində Şanxay birləşmiş indeksi isə 0,5 faiz artım qeyd edib.
Bu gün qlobal bazarlarda Avropada açıqlanacaq xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) göstəriciləri, ABŞ-da isə Fed Açıq Bazar Komitəsinin 13-14 (FOMC) Dekabr 2016-ci il tarixli iclas protokolları təqib ediləcəkdir.
Bazarlarda bu gün təqib edəcəyi göstəricilər:
13.55 Almaniya, dekabr ay xidmət sektoru PMI
14.00 Avro Bölgəsi dekabr ay xidmət sektoru PMI
15.00 Avro Bölgəsi, dekabr ayı inflyasiya
00:00 ABŞ, FOMC dekabr ayı iclas protokolları
QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























