ATİB bəyanat yaydı
Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) bəyanat yayıb.
Marja.az xəbər verir ki, Bəyanat, 10 yanvar 2024-cü il tarixdə keçirilmiş İdarə Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlıdır.
Bəyanatda bildirilir:
2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində keçiriləcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsbit edərək zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə vəsiqə alacaqdır. 30 illik işğala son qoyulduqdan sonra doğma torpaqlarına qayıtmış insanların ilk dəfə öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq.
Məlum olduğu kimi rəhbərliyi altında xalqımız və dövlətimizin nail olduğu bu şanlı zəfərin Ali Baş Komandan olaraq müəllifi cənab İlham Heydər oğlu Əliyevin, keçiriləcək növbədənkənar prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası və qardaş Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı istiqamətində dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizin və qardaş Türkiyə Respublikasının iş adamlarının daxil olduğu sahibkarlıq ictimaiyyətinin potensialını dövlətimizin və xalqımızın maraqları ətrafında birləşdirmək istiqamətində yarandığı 2004-cü ildən bəri əhəmiyyətli rol oynayan Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) 10 yanvar 2024-cü il tarixdə keçirilmiş İdarə Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş qərara əsasən müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini dəstəklədiyini qürur hissi ilə bəyan edir, bu tarixi seçkilərdə ona uğurlar arzulayır və keçirələcək seçkilərin məntiqi nəticəsinin tariximizə parlaq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyir.
Uğurlar cənab Prezident!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
16 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
30 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















