Bank Respublika növbəti dəfə “Milli KSM” mükafatına layiq görülüb
Ötən il çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə beşinci dəfə olaraq keçirilən “Milli KSM Mükafatı″ müsabiqəsinin növbəti dəfə qalibi seçilib.
Bank bu mükafata, həyata keçirdiyi “Şəhid övladları baş tacımızdır!” adlı layihəyə görə layiq görülüb.
Belə ki, layihə çərçivəsində “1 iyun - Uşaqların Müdafiəsi Günündə” Bankın Vətən müharibəsində iştirak etmiş əməkdaşları, xalqımıza Qələbə sevinci yaşadan Bankın şəhid olmuş müştərilərinin övladlarını ziyarət ediblər, onlara müxtəlif kitab və hədiyyələr təqdim ediblər.
Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan bankın əməkdaşları, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalarını və Azərbaycan xalqının hər zaman onları xatırlayacağını bildiriblər.
Sözügedən layihə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilib. Müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilib.
Qeyd edək ki, “Milli KSM Mükafatı” müsabiqəsinin əsas məqsədi ölkəmizdə həyata keçirilən korporativ sosial məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
16 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
30 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 38 d. əvvəl
- 42 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















