Bilik mərkəzləri yaradılacaq
Bakıda Bilik mərkəzləri yaradılacaq.
Marja.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Plan çərçivəsində “Bilik Mərkəzləri”nin inkişafı təklif edilir. Bu mərkəzlərdə müəyyən edilmiş aparıcı iqtisadi fəaliyyət sahələrinə birbaşa yaxın olan təlim və ali təhsil müəssisələrinin fəaliyyəti birləşdiriləcək. Bu yanaşma biliklərin ötürülməsi prosesini asanlaşdırır və eyni zamanda sabahın mütəxəssisləri ilə Bakının əsas iqtisadi fəaliyyət sahələri arasında təcrübi təlim və daimi bilik mübadiləsi üçün imkan yaradır.
Moskva Universitetinin yataqxanasının və universitet şəhərciyinin 2040-cı ilə qədər uzunmüddətli perspektivdə genişləndirilməsinə dair hökümətin planlarını dəstəkləyərək, Bakı şəhərinin Baş Planı çərçivəsində ərazidə “Bilik Mərkəzi”nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq.
Yeni Xocasən gölü parkının sakit və rahat atmosferində və yerli alt mərkəzin yaxınlığında yerləşən bu mərkəz əlaqələndirilmiş şəkildə fəaliyyət göstərən müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək.
Mərdəkan Regional Mərkəzi ənənəvi əkinçilik sahəsindən logistika sahələrinə (hava limanının fəaliyyəti ilə əlaqədar) qədər müxtəlif iqtisadi fəaliyyət sahələrini özündə birləşdirir. Gələcəkdə Mərkəz ərazisindəki bütün iqtisadi sektorlarda ixtisaslı işçi qüvvəsinə ehtiyac yaranacaq. Belə ki, kənd təsərrüfatında qismən aqrar-sənaye istehsalı metodologiyasının tətbiqi, logistika xidmətlərində isə sənaye 4.0 tələblərinə uyğunlaşma tələb olunacaq.
Bu səbəbdən, Baş Planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir:
• Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ (ictimai nəqliyyat yönümlü şəhərsalma) mərkəzi;
• Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi;
• logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)






.jpg)

