“Rabita Mobile” tətbiqi “NETTY 2023” mükafatına layiq görülüb
Rabitəbankın “Rabita Mobile” tətbiqi “NETTY 2023” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
Tətbiq virtual münsiflər heyəti və ekspert şurasının səsverməsi nəticəsinə görə tətbiqlər və utilitilər üzrə "Maliyyə, bankçılıq və fintech” nominasiyasında “İlin mobil tətbiqi” elan olunub.
2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
İnnovativ həllər təklif edən və rəqəmsal imkanlarını daim genişləndirən “Rabita Mobile” tətbiqi müştərilərin həyatını daha da asanlaşdırmağı hədəfləyib. Tətbiq dünyanın istənilən nöqtəsində və istənilən vaxtda bank xidmətlərindən operativ və rahat şəkildə istifadə etməyə imkan verir. Artıq banka getmədən tətbiq vasitəsilə 700-dən çox ödəniş, 200-dən çox ölkənin kartına sərfəli pul köçürmələri, onlayn kart sifarişi və kredit ödənişi xidmətlərindən istifadə etmək mümkündür. Tətbiqin “hesabı böl” (split bill) funksiyası ilə istənilən ödənişi dostlar arasında bölmək və toplanılan ƏDV-ləri komissisiyasız nağdlaşdırmaq olar. Bundan başqa, “Rabita Mobile” tətbiqinə əlavə edilmiş “TezÖdə” funksiyası ilə müxtəlif ödənişləri rahat və növbəsiz şəkildə etmək mümkündür. Daha sürtəli xidmət göstərmək üçün tətbiqdə onlayn çat da fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
11 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
20 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




























