“Kaprado” dondurmalarını istehsal edən obyektin fəaliyyəti dayandırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirləri çərçivəsində Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Əmirxan İntiqam oğluna məxsus dondurma emalı və satışı obyektində Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Marja xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Obyektdə satışı həyata keçirilən “Kapra” MMC-yə məxsus “Kaprado” əmtəə nişanlı müxtəlif çeşidli dondurma məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində “Enterobacteriaceae” bakteriyasının normadan yüksək olduğu məlum olub.
Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək nöqsanlar aradan qaldırılanadək obyektdə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız dondurma məhsullarının satışının qarşısı alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























