"Məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatmışıq"
Rəis müavini: "Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur"Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, nazirliyə yanğınla əlaqəli məlumat saat 05:41-də daxil olub:
"Dərhal hadisə yerinə cədvəl əsasında qüvvə göndərilib. İlkin çatan bölmə məlumat daxil olan andan 4 dəqiqə sonra hadisə yerinə çatıb, 2-ci saylı yüksək çağırış elan edib. 10 dəqiqədən sonra yanğının müxtəlif istiqamətlərə yayılması nəzərə alınaraq 3-cü çağırış elan edilib. Bununla da Bakı qarnizonunun qüvvələri yanğın yerinə cəlb edilib. Yəni 20-yə yaxın yanğın texnikası və 100-ə yaxın şəxsi heyət gəlib. Səhər güclü külək səbəbindən yanğın üç istiqamətə yayılıb, sahəsi 1 500 kvadratmetr olub. Hazırkı vəziyyətə görə, yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur".
R.Xudiyev bildirib ki, yanğın bazarın mərkəz hissəsində baş verib:
“Taxtalar kiplərlə yığılıb və böyük hündürlükdə olub. Bundan başqa, 30-35 metrlik hündürlükdə olan yüksəkgərginlikli elektrik dirəyi 45 dərəcə bucaq altında formasını dəyişib. Onun aşmaq təhlükəsi var. Yanğını söndürməyə çalışırıq. Hazırda açıq alov yoxdur. Kiplərin içərisində olan gizli mənbələrin söndürülməsinə nail olmağa çalışırıq. Yanğının mənbəyi barədə indi məlumat verə bilmərik. Bununla bağlı FHN-in ekspert qrupu işləyəcək”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)




.jpg)



