Azərbaycanın bank sektoru böyməkdə davam edir - YENİ RƏQƏMLƏR AÇIQLANDI
31 oktyabr 2023-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 46,146.6 mln. manat, cəmi öhdəlikləri 40 milyard 233 milyon manat, balans kapitalı 5 milyard 913.6 milyon manat olmuşdur. Oktyabr ayında bankların cəmi aktivləri və сəmi öhdəlikləri müvafiq olaraq 1.4% və 1.8% artmışdır.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabr ayında bankların kredit portfeli 0.8% və ya 1 milyard 77.8 milyon manat artaraq 22 milyard 459.7 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.5% (12 milyard 246.4 milyon manat); ıı) istehlak kreditləri – 30.1% (6 milyard 751.3 milyon manat) və ııı) ipoteka kreditləri – 15.4% (3 milyard 462 milyon manat). Ay ərzində biznes və istehlak kreditləri müvafiq olaraq 167.7 milyon manat (+1.4%) və 71.2 milyon manat (+1.1%) artmış, ipoteka kreditləri isə 61.1 milyon manat azalmışdır. İpoteka portfelinin azalması bağlanmış bankla bağlı olmuşdur. İpoteka Fondunun vəsaitləri hesabına verilmiş portfel cari ilin noyabr ayının əvvələrində müvəkkil banklara ötürülmüşdür.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.2%-i və ya 33 milyard 81.9 milyon manat. Depozit portfelinin 62.9%-i (20 milyard 810.8 milyon manat) hüquqi şəxslərin, 37.1%-i (12 milyard 271.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Oktyabr ayı ərzində fiziki şəxslərin əmanətlərində baş vermiş 1.2% və ya 147.3 milyon manat məbləğində azalma bağlanmış bankla bağlı olmuşdur. Qeyd olunan amil nəzərə alınmadan, cari ilin oktyabr ayında bankların əmanət portfeli 1.2% və ya 145.8 milyon manat artmışdır.
Fiziki şəxslərin əmanət portfelinin 53.8%-i (6 milyard 597.7 miylon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 833.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında ilin əvvəlinə nəzərən 4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.4 faiz bəndi azalaraq 35.2% təşkil etmişdir.
2023-cü ilin 10 ayında banklar 908.2 milyon manat xalis mənfəət, 1 milyard 369.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18% və 23% artmışdır. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 2 milyard 37.8 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 59.8 milyon manat daha çoxdur.
31 oktyabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 471, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,018 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 238 nəfər azalaraq 23,292 nəfər təşkil etmişdir. Ay ərzində bankların filial, şöbə, ATM və işçi saylarında müşahidə olunan azalma “Muğan Bank” ASC-nin bank lisenziyasının geri çağırılması ilə bağlı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 23 d. əvvəl
-
-
33 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
43 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
44 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat























