"Azərbaycan 10 ölkə ilə Azad Ticarət Sazişi imzalayıb"
Hazırda Azərbaycandan qeyri-neft ixracının artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə 10 ölkə ilə Azad Ticarət Sazişi və Türkiyə ilə Preferensial Ticarət Sazişi qüvvədədir.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə imzalanmış Preferensial Ticarət Sazişinə əsasən, bir sıra kənd təsərrüfatı və digər Azərbaycan, Türkiyə mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.
E. Əliyev bildirib ki, bu istiqamətdə aparılan fəaliyyət nəticəsində Türkiyə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilib: "Bir sıra dövlətlərlə ticarət, iqtisadi əməkdaşlıq, investisiyaların cəlbi və qorunması sahəsində ikitərəfli müqavilələrin bağlanması, xüsusilə Türk Dövlətləri Təşkilatının üzv dövlətləri ilə ticarətin asanlaşdırılması ilə əlaqədar işlər həyata keçirilib".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
3 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
5 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
5 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
5 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
6 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb

























