Regionun ən böyük innovasiya sammitinin ilk günündə hansı mövzular müzakirə olunacaq?
(®) Artıq “InMerge İnnovasiya Sammiti”nə bir aydan da az vaxt qalıb. Bəs PAŞA Holding tərəfindən təşkil olunan bu sammitdə kimlər çıxış edəcək və hansı mövzular müzakirə olunacaq?
Sammit telekommunikasiya, maliyyə texnologiyaları, rəqəmsallaşma və elektron ticarət kimi vertikalları özündə birləşdirir ki, bu vertikallar daxilində də müxtəlif mövzuda panellər baş tutacaq. Maliyyə texnologiyaları başlığı altında "Pollinate International" şirkətinin qurucusu Alastair Lukies CBE və “Bank of Israel”in ödəniş sistemləri üzrə rəhbəri Oded Salomy öz təqdimatlarını edəcək.
Onlarla yanaşı, “Kapital Bank”ın idarə heyətinin sədri Fərid Hüseynov, Qazaxıstandan “Halyk Bank”ın icraçı direktor müavini Zhumabek Mamutov və “OTP Bank”ın innovasiyalar üzrə direktoru Andras Fischer də bankçılıq ənənələri və neobanklar haqqında müzakirələr aparacaqlar.
“UnionBank of the Philippines”in baş data inzibatçısı David Hardoon isə süni intellektin bu sahədəki rolu ilə bağlı öz biliklərini bölüşəcək. Bunu da vurğulamaq lazımdır ki, sammitin birinci günü “Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak-ın təqdimatı ilə start götürəcək.
Telekommunikasiya vertikalında “Bakcell”in CEO-su Klaus Mueller, “Verizon” şirkətinin analitikalar üzrə mütəxəssisi Dr. Ansar Kassim iştirak edəcək. Panelin moderatorluğunu GSMA-nın strateji əlaqələr üzrə direktoru Tahir İsmayılov üstlənəcək.
Sammitin birinci günü yalnız spikerlərin çıxışları ilə kifayətlənməyəcək. Bu gündə həmçinin startaplar öz ideyalarını iştirakçılara təqdim edəcək və dünyaca məşhur ekspertlərin rəhbərliyində təlimlər baş tutacaq.
Qeyd edək ki, sammit iştirakçıların rahatlığını nəzərə alaraq "Brella" platformasından istifadəni də təmin edib. Belə ki, bu tətbiq vasitəsilə sammitə qatılacaq hər kəs gündəliklə yaxından tanış olmaq, digər qonaqlarla görüşlər təyin etmək və tədbir boyunca yeniliklərdən xəbərdar olmaq kimi imkanlar əldə edəcəklər.
"InMerge İnnovasiya Sammiti"ndə iştirak etmək üçün elə indi rəsmi veb-sayta — www.inmerge.az ünvanına keçid edərək biletləri endirimli qiymətə ala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


