“Ulduz” Şokolad Fabriki Çində danışıqlar aparıb, ilkin razılaşmalar əldə edib
“Ulduz”un məhsulları beynəlxalq sərgidə təqdim edilib“Ulduz” Şokolad Fabriki Şanxayda keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal İxrac Sərgisində (CIIE) iştirak edib.
Yerli şokolad istehsalçısının məhsulları “Made in Azerbaijan” stendində nümayiş olunub.
İdxalı yerli istehsalla əvəz etmək məqsədilə ölkə iqtisadiyyatına böyük yatırımlardan olan və hazırda dünyanın ən böyük bazarlarından sayılan Çinə məhsul ixrac edən bu müəssisənin yeni məhsulları sərgi iştirakçılarına və müştərilərinə təqdim edilib.
Şokolad fabrikinin nümayəndələri sərgidə Cənubi Afrika və Mərkəzi Asiya ölkələrindən olan potensial müştərilər ilə görüşlər keçirib, yeni əməkdaşlıqlar barədə ilkin razılaşmalar əldə ediblər.
Sərgi zamanı “Ulduz” məhsullarının Çində fəaliyyət göstərən Azərbaycan Ticarət Palatasında yer alması ilə bağlı da anlaşma əldə edilib.
Qeyd edək ki, sahəsi təxminən 367 min kvadratmetr olan sərgidə 154 ölkə, region və beynəlxalq təşkilatlardan qonaqlar iştirak edib. Azərbaycan da daxil olmaqla 70-ə yaxın ölkə milli ekspozisiyalarını təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























