“Norm” ASC Beynəlxalq Geologiya-Mədənçilik Forumunda iştirak edib
Oktyabrın 26-27-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilib.
Belə irimiqyaslı və əhəmiyyətli tədbirin keçirilməsində agentliklər mühüm rolu öz öhdəsinə götürüb, 30 ölkədən 70 ekspertdən ibarət müxtəlif qrupları bir araya gətirməklə, Azərbaycanın mədənçilik sənayesinin dayanıqlı inkişafı və bu sahədə texnoloji irəliləyişlər üçün zəmin yaradıb.
Forum mədənçilik sənayesində qlobal əməkdaşlığın inkişafını dəstəkləməklə, eləcə də təbii ehtiyatların idarə olunmasında Azərbaycanın potensialını vurğulamaqla, dayanıqlı mədənçilik təcrübələrinin və innovasiyaların təşviqində mühüm rol oynayan strateji platformaya çevrilib.
Dünyanın müxtəlif ölkələrindən dağ-mədən sənayesi mütəxəssislərinin bir araya gəldiyi tədbirə “Norm” ASC sponsor qismində dəstək göstərib. Forumun gündəliyinə dağ-mədən sahəsi üzrə yeni texnologiyalar və onların tətbiqində beynəlxalq təcrübədən istifadə, eləcə də bu sənayenin ətraf mühitə təsirinə dair mövzular daxil edilib. Forum çərçivəsində təşkil olunan panel müzakirələrində yerli və xarici mütəxəssislər çıxış ediblər.
Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə forumda Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında niyyət protokolu imzalanıb.
Mədənçilik fəaliyyəti olan müəssisə kimi “Norm” ASC-nin qlobal əhəmiyyət kəsb edən bu forumda iştirakına yer verilməsi şirkət üçün xüsusi əhəmiyyət kəsb edib və yüksək qiymətləndirilib. Öz stendi ilə forumda təmsil olunan müəssisə üçün xarici və yerli qonaqlara Norm Sement zavodunun fəaliyyətindən bəhs etmək imkanı yaranıb.
Qeyd edək ki, Norm Sement zavodunda sement istehsalı üçün müvafiq xammal yataqlarında hasilat işləri müasir üsullarla, normalara uyğun aparılır və şirkət bu sahədə yenilikləri daim diqqətlə izləyir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)





