Dövlət Reklam Agentliyi rüsum və haqların yığımında rekord yeniləyib
Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov: "Rüsum və yayım haqlarının yığımında cari ilin sentyabr ayında əldə edilmiş rekord nəticə oktyabr ayında yeniləndi"Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov ilə müsahibə.
- Aydın müəllim, hazırda Azərbaycanda açıq məkanda reklam sahəsinin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi açıq məkanda reklam sahəsində də sürətli inkişaf gedir. Bildiyiniz kimi Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb, fəaliyyətimizin əsasını açıq məkanda reklam sahəsində vahid tənzimləmənin həyata keçirilməsi təşkil edir. Agentlik öz fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlarına uyğun olaraq davam etdirir. Məhz bu tapşırıqların icrası yüksək nəticələrin əldə edilməsini təmin edir.
- Açıq məkanda reklam yerləşdirilərkən reklam yayıcıları tərəfindən qanunun tələblərinə əməl olunması barədə nə deyə bilərsiniz?
- Agentliyimizin əməkdaşları tərəfindən paytaxt və regionlarda mütəmadi olaraq sahibkarlarla görüşlər keçirilir, onların sualları cavablandırılır, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Bununla yanaşı qanunvericiliyin tələblərinə cavab verməyən reklamların müəyyən olunması prosesi davam etdirilir. Qeyd edim ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il demontaj olunan reklamların sayı 20 % azalıb. Agentliyin fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi, innovativ həllərin tətbiqi və aparılan islahatlar nəticəsində cari ilin sentyabr ayında ən yüksək nəticə əldə edilib, açıq məkanda reklamların qeydiyyata alınması ilə bağlı daxil olan müraciət sayı, rüsum və yayım haqlarının yığımı məbləği Agentliyin bütün fəaliyyəti dövründə qeydə alınmış aylıq maksimal həddi aşıb. Rüsum və yayım haqlarının yığımında cari ilin sentyabr ayında əldə edilmiş rekord nəticə oktyabr ayında yeniləndi. Bu tendensiyanı davam etdirməyə çalışırıq.
- Agentliyin fəaliyyətinin təşkilində hansı yeniliklər həyata keçirilir?
- Şübhəsiz ki, müasir dövrün ən başlıca xüsusiyyətlərindən biri yeniliklərin tətbiqidir. Fəaliyyətimizdə mütəmadi olaraq innovativ həllərin, yeni texnologiyaların aktiv tətbiqi daha şəffaf tənzimləmə sisteminin yaradılmasına xidmət edir.
Xüsusi olaraq qeyd edim ki, agentlik ölkəmizin reklam tarixində bir ilkə imza atacaq, fəaliyyətimizdə süni zəka tətbiq ediləcək. Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Süni zəkanın tətbiqi nəticəsində reklamın növü, ünvanı, zonası, sahəsinin ölçüsü, rüsum və yayım haqqı, qeydiyyatının olub – olmaması və s. barədə məlumatlar avtomatlaşdırılmış şəkildə müəyyənləşdirilərək yeni yaradılmış mərkəzi sistemə ötürüləcək. Sistemdə məlumatlarda olan uyğunsuzluqlar dərhal təsbit ediləcək və onların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görüləcək.
Agentliyin fəaliyyətində olan daha bir yenilik “Reklama İntellektual Nəzarət Sistemi”nin yaradılmasıdır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi reklam sahəsində də sürətli inkişaf gedir, müasir, monitor tipli reklam qurğularına daha çox üstünlük verilir. Bilirsiniz ki, agentlik tərəfindən ölkəmizdə monitor tipli reklam daşıyıcılarının istehsalı təşkil edilib. İstehsalın təşkili yeni iş yerlərinin açılması ilə yanaşı, sahibkarlar tərəfindən müasir qurğulara olan yüksək istəyi də qarşılayır. “Reklama İntellektual Nəzarət Sistemi” həmin növ qurğular üzərində tətbiq ediləcək. Açıq məkanda yayımlanan videomateriallarda informasiya təhlükəsizliyi yüksək diqqət tələb edir. Yeni sistemin yaradılması informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sistemin tətbiqinə hazırlıq işləri də yekunlaşmaq üzrədir.
Fəaliyyətimizdə olan digər bir yenilik reklam yerləşdirilməsinə icazə alınmasının asanlaşdırılması məqsədilə mobil tətbiqin hazırlanmasıdır. Yaxın zamanlarda heç bir vaxt itkisinə yol vermədən mobil telefon vasitəsilə reklamın yayımlanmasına icazənin alınmasına dair sənədləşmənin aparılması mümkün olacaq.
Onu da bildirim ki, açıq məkanda yayımlanan reklamlarda dövlət dilinin təbliğinə də xüsusi diqqət ayırırıq. Növbəti ilin əvvəlindən dövlət dilinin təbliği ilə bağlı uzunmüddətli maarifləndirici sosial layihənin həyata keçirilməsinə başlayacağıq. Agentlikdə Azərbaycan Respublikası Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzinin rəhbərliyi ilə keçirilən görüş zamanı da həmin sosial layihə ətraflı müzakirə edilib.
Vətəndaşlarla operativ ünsiyyətin qurulması və dövlət-sahibkar münasibətlərinin düzgün tənzimlənməsi məqsədilə 1412 Çağrı Mərkəzi ilə yanaşı, “Telegram” botu da istifadəyə verilib. Bu vasitələr vaxta qənaət edərək sahibkarların mütəmadi və ya tez-tez verdiyi sualların cavablandırılmasını təmin edir.
Bundan əlavə regionların reklam simasının yenilənməsinə də xüsusi diqqət ayırırıq. Bu məqəsdlə tərəfimizdən genişmiqyaslı layihə hazırlanmışdır. Növbəti ildə bu və bir çox digər layihələrin həyata keçirilməsi planlaşdırılır.
- Aydın müəllim, sonda sahibkarlara nə kimi tövsiyələriniz var?
- Agentlik olaraq səlahiyyətlərimiz çərçivəsində həmişə sahibkarlara dəstək göstərməyə hazırıq. Sahibkarlar isə nəzərə alsınlar ki, açıq məkanda reklam yerləşdirilmədən əvvəl icazə alınmalıdır, sonra isə reklam yayımlanması həyata keçirməlidirlər. Sahibkarlara fəaliyyətlərində uğurlar arzulayırıq.
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























