Yeni yaradılan agentliyə 1 milyon manat ayırdı
Azərbaycan Respublikasının Prezidenti Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.
"Marja" xəbər verir ki, Fərman ilə Agentliyin ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 000 000 (bir milyon) manat ayrılıb.
Fərmanlar müəyyən edilib ki, Agentliyin nizamnamə fondu 10 000 (on min) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.
Agentlikdə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır;
Agentliyin Müşahidə Şurası üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli,
-Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli,
-Agentliyin müvafiq inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli,
-Aşağıdakı tədbirlərin həyata keçirilməsini bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli
- açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə məşğul olan yerli icra hakimiyyəti orqanlarının yanındakı qurumların və tabeliyindəki hüquqi şəxslərin Agentliyin tabeliyinə verilməsini;
- yerli icra hakimiyyəti orqanlarının (o cümlədən yanındakı qurumların və tabeliyindəki hüquqi şəxslərin) balansında olan və açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı istifadə edilən dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etməlidir.
Agentlik:
- dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməli,
- 2017-ci il avqustun 1-dən açıq məkanda reklam daşıyıcılarının və reklam yerləşdirilməsinin tənzimlənməsi və bu sahədə nəzarətin təmin edilməsi üçün “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Fərmanla təsdiq edilmiş Nizamnamə ilə müəyyən edilmiş qaydada tədbirlər görməlidir.
Yerli icra hakimiyyəti orqanlarına və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın, bələdiyyələrə isə tövsiyə edilsin ki, 2017-ci il avqustun 1-dək müvafiq ərazidə açıq məkanda mövcud olan reklam daşıyıcıları və yayımlanan reklam haqqında məlumatları, bununla bağlı mövcud olan bütün sənədlərin (o cümlədən icazə, texniki şərtlər pasportu və s.) surətlərini və həmin məlumatları əks etdirən elektron siyahını 20 gün müddətində Agentliyə təqdim etməlidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
4 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 14 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























