Mərkəzi Bankda iclas keçiriləcək - mühüm qərar gözlənilir
Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilmişdir. Bu barədə “Marja”ya Mərkəzi Bankdan bildirilmişdi.
Xəbər verdiyimiz kimi, 21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilmişdi. İclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Qeyd edək ki, son vaxtlar kommersiya banklarının əmanət faizlərini aşağı saldığı müşahidə edilir. Ehtimal olunur ki, Mərkəzi Bank 1 Avqustda keçiriləcək iclasında uçot dərəcəsini 15%-dən 12%-ə salacaqdır. Uçot dərəcəsinə müvafiq olaraq qorunan əmanətlər üzrə faiz dərəcəsinin də aşağı düşəcəyi gözlənilir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Azərbaycan Mərkəzi Bankı İyunda bildirmişdi ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını da qeyd etmişdi.
İyunda Azərbaycanda inflyasiya illik müqayisədə 13,9%, aylıq müqayisədə isə mənfi 1% təşkil etmişdi (deflyasiya). Yəni iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1 faiz ucuzlaşmışır. İllik inflyasiyanın yüksək olması isə ötən il Dolların bahalaşması ilə əlaqədar olaraq mal və xidmətlərin qiymətlərin qiymətlərinin qalxması ilə əlaqədardır. Əgər Dollar/manat məzənnəsi sabit qalarsa ilin sonundan başlayaraq illik inflyasiya rəqəmi də aşağı düşəcəkdir.
Müstəqil ekspertlər bildirirlər ki, Mərkəzi Bank neftin qiyməti aşağı düşdüyündən Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqda tələsməməli, neftin ucuzlaşması prosesinin qısamüddətli olub-olmadığına əmin olmalıdır.
"Tədiyyə balansının vəziyyətinin son aylar nisbətən yaxşılaşması isə neftin bir qədər bahalaşması, idxalın məhdudlaşdırılması və kapital axınının azalması hesabına baş verib. Gələcəkdə neftin ucuzlaşması və kapital axının davam etməsi balansda vəziyyəti yenidən pisləşdirə bilər. Eyni zamanda inflyasiya hələki ikirəqəmlidir və bəzi məhdudlaşdırıcı tədbirlər (pul kütləsinin məhdudlaşdırılması, nağd ödənişlərin məhdudlaşdırılması və s.) hesabına artımına imkan verilmir. Ancaq inflyasiya Mərkəzi Bankın növbəti aylarda qarşısında duran əsas vəzifələrdən biri olacaq. Ona görə Mərkəzi Bank uçot dərəcəsini aşağı salınmasına tələsməməlidir”,- iqtisadçı Samir Əliyev "Marja"ya bildirmişdi.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 saat sonra
-
3 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 8 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















