Konteynerlərlə daşınan idxal-ixrac yüklərinin həcmində artım var
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC bu ilin 9 ayı ərzində konteynerlərlə daşınan idxal və ixrac yüklərinin həcmində artıma nail olub.
Marja.az “ADY Konteyner” MMC-yə istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayı ərzində konteynerlərlə idxal yüklərinin nəqli 8059 TEU təşkil edib. 2022-ci ilin eyni dövründə isə bu göstərici 5356 TEU olub. Beləlikə, idxal rejimində konteynerlərlə yükdaşımalarda 50 faiz artım qeydə alınıb. İdxal olunan yüklərin sırasında əsasən müxtəlif sənaye, kimya sənayesi məhsullarını, əlvan metallurgiya, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyyat hissələrini qeyd etmək olar.
Konteynerlərlə daşınan İxrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində “ADY Konteyner” MMC 11 306 TEU yük daşıyıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 4609 TEU təşkil edib. Bu da 145 faiz artım deməkdir. Nəql olunan ixrac yönümlü yüklər sırasında əlvan metallurgiya, sənaye, kimya sənayesi məhsulları üstünlük təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























