“Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı başa çatıb
Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses Fest” festivalı yaddaşlarda silinməz iz qoyub.Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı təşkil olunub.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, üç gün davam edən festivalda yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art-terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri keçirilib.
Tədbirdə dörd “hedlayner” ilə yanaşı Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri də keçirilib.
Festival iştirakçıları təlimlərdə iştirak edərək faydalı məlumatlar əldə ediblər.
Möhtəşəm tədbirə çox sayda xaricdən gələn turistlər də qatılıb.
İştirakçılar “ANSA” təhsil platforması ilə birgə təşkil edilmiş ilk “Nine Senses Fest” beynəlxalq festivaldan məmnunluqlarını bildiriblər.
Festival “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “Theatre in the Dark” adlı tamaşa, “Event Hall Seabreeze”də isə musiqi proqramı ilə başa çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
22 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























