Nəbiyev “Yutong” və “Zhongtong”un rəhbərliyilə də görüşüb, elektrik avtobusların istehsalı müzakirə olunub
25-27 sentyabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasında işgüzar səfərdə olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, səfər çərçivəsində Rəşad Nəbiyev nəqliyyat naziri Li Siopenlə görüşüb. Danışıqlar zamanı iki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib. Görüş zamanı “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyi qeyd edilib.
Tərəflər dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarından danışıb. Müvafiq İşçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparılıb.
Dəmir Yolları Administrasiyasının rəhbərliyi ilə görüşdə dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərindən danışılıb. Çinlə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müəyyən edilib.
Rəşad Nəbiyev, həmçinin ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşüb. Ölkələr arasında əməkdaşlığın inkişafı, o cümlədən pilotların hazırlanması, təlimlərin təşkili haqqında danışılıb. Birbaşa uçuşların və təyinat məntəqələrinin artırılması və Çin şirkətləri tərəfindən Azərbaycanın regional hava limanlarının operatorluğuna dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir Çinin aparıcı nəqliyyat şirkətləri olan “Yutong” və “Zhongtong”un rəhbərliyi ilə də görüşüb. Görüş zamanı Bakı şəhərində mobilliyin təmin olunması istiqamətində həyata keçirilən layihələr çərçivəsində elektrik avtobuslarının istifadəsi, eləcə də müvafiq şirkətlər tərəfindən ölkəmizdə istehsal müəssisələrinin yaradılması məsələləri müzakirə edilib.
Aparıcı logistika şirkətlərinin nümayəndələri ilə görüşdə Orta Dəhlizdə iş təcrübəsi olan şirkətlərin təklifləri dinlənilib. Şirkətlər Çinin müxtəlif regionlarını Orta Dəhliz istiqamətində subsidiyalar və yük həcmi kvotaları ayırmağa təşviq edəcəklərini vurğulayıblar.
Səfər zamanı Rəşad Nəbiyev sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə də görüşüb. Görüş zamanı iki ölkə arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Həmçinin Çin şirkətləri tərəfindən Azərbaycanda elm tutumlu istehsalat müəssisələrinin qurulması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir, o cümlədən ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşüb. Görüş zamanı iki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb.
Rəşad Nəbiyev, həmçinin “Huawei” şirkətinin rəhbərliyi ilə görüşüb, şirkətin Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub. Çinin süni intellekt sahəsində əldə etdiyi təcrübəni ölkəmizdə tətbiq etmək üçün “Huawei” ilə birgə Azərbaycanda Süni İntellekt (AI) laboratoriyasının yaradılması, o cümlədən şirkətin Bakıda “ağıllı” nəqliyyat sisteminin inkişafında iştirakı barədə ilkin razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
























