"Seçmə almanın topdansatış qiyməti 40-50 qəpik arasında dəyişir"
Qubanın alma bağlarında sentyabrın ikinci ongünlüyündən kütləvi məhsul yığımı başlayıb. Hazırda alma yığımının qızğın çağıdır.
Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir. Məhsulun böyük hissəsi isə xarici bazarlar üçün nəzərdə tutulub. Quba alması əsasən Rusiya bazarlarına göndərilir.
Hazırda keyfiyyətli almanın bağlardan topdansatış qiyməti 40-50 qəpik arasında dəyişir.
Quba rayonunun Alekseyevka kəndində bir hektar alma bağı olan Teymur Fərhadov bu il məhsuldarlığın yüksək olduğunu bildirib.
“Bizim bağda əsasən dədə-baba sortlardır - ağ və qırmızı palmet. Alma bağlarında məhsuldarlıq ötən ilə nisbətən daha yaxşıdır. Hazırda almanı bağlardan vaxtında toplamağa çalışırıq. Alma vaxtında yığılmasa yerə tökülə, havanın təsirindən çürüyə bilər. Əlavə işçi qüvvəsi də cəlb etmişik. Məhsulumuz əsasən Rusiya bazarlarına göndərilir. Seçmə alma 40-50 qəpikdir. Balaca, nisbətən zəif almanın yeşiyi 3-4 manatadır. Bizim bağdan hər il 20 tona yaxın məhsul yetişir”, - deyə təsərrüfatçı bildirib.
Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Alma yığımına bütün ətraf rayonlardan işçi qüvvəsi cəlb olunur. Günəmuzd işçilər almanın bir yeşiyini 70-80 qəpiyə toplayırlar.
Toplanan məhsul ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.
Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər.
Qubada 14 min hektara yaxın alma bağı var. Hər il rayonun alma bağlarından 110-120 min ton məhsul yığılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























