ABB beynəlxalq “SIBOS-2023” sərgi-konfransında
(®) Sentyabrın 18-dən Toronto şəhərində ənənəvi SIBOS sərgi-konfransı başlanıb. Tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT).
“SIBOS-2023” sərgi-konfransına Cənubi Qafqaz regionunun ən böyük maliyyə qurumlarından olan ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev, İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev, Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.
SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb.
“SIBOS–2023” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. ABB-nin yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat verəcək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



