Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn həftə keçiriləcək iclasında faiz artırmayacağına dair ehtimalların güclənməsi birjalarda dollar indeksinin (DXY) geriləməsinə və günü enişlə tamamlamasına səbəb olub.
ABŞ-ın mühüm iqtisadi qəzetlərindən biri olan “The Wall Street Journal”-da həftə sonu dərc olunan "FED rəsmilərinin faiz mövqeyində əhəmiyyətli dəyişiklik yoldadır" başlıqlı xəbərdə bankın sentyabr ayı toplantısında faiz artımlarına ara veriləcəyi ehtimal edilir. Xəbərdə FED üzvlərinin faiz dərəcələrinin sabit qalması mövzusunda ümumi konsensusa gəldiyi göründüyü və bunun iqtisadiyyatın faiz artımlarına necə reaksiya verdiyini görmək üçün onlara daha çox vaxt qazandıracağı ifadə edilir.
Digər tərəfdən, Nyu York FED-in ABŞ-da çərşənbə günü açıqlanacaq inflyasiya hesabatından əvvəl açıqladığı məlumatlar ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya proqnozlarının artdığını göstərdi. Məlumata görə önümüzdəki 12 ayı əhatə edən qısa müddətli inflyasiya proqnozu 4 aylıq enişin ardından avqust ayında 0.1% artaraq 3.6%, gələcək 3 ili əhatə edən inflyasiya proqnozları isə 0.1% azalaraq 2.8% təşkil edib.
Son 3 ayın minimumlarına qədər geriləyən EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.0685 və 1.2445 hədlərindən dəstək alaraq bir qədər bahalaşdılar. Hazırda 1.0747 və 1.2517 hədlərində dalğalanan EUR/USD və GBP/USD məzənnələrində “buğalar” qiyməti 1.07$ və 1.25$ həddlərinin üzərində saxlaya bilsələr, korrektiv artımlaq bir qədər uzana bilər.
Bu gün İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı, Avrozonada və Almaniyada açıqlanacaq ZEW İqtisadi Aktivlik İndeksi göstəriciləri EUR/USD və GBP/USD məzənnələrində tendensiyaların gedişinə ciddi təsir edə bilər. Həmçinin Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi və “OPEC”-in aylıq hesabatı investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
12 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























