100-dən çox Çin şirkəti Bakıya gəlir, sərgi keçiriləcək
28-29-30 sentyabr tarixlərində Bakıda “Çin şirkətləri və məhsulları sərgisi” keçiriləcək. Sərgidə 100-dən çox Çin şirkəti iştirak edəcək.(®) Hörmətli sahibkarlar, şirkət rəhbərləri və nümayəndələri!
Sizi və şirkətinizin əməkdaşlarını 28-29-30 sentyabr 2023-ci il tarixlərində Bakı Ekspo Mərkəzində, müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə keçiriləcək “Çin şirkətləri və məhsulları sərgisi”ndə iştirak etməyə dəvət edirik.
Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribyutorlar axtarırlar. Yeni biznes qurmaq, məhsul çeşidinizi genişləndirmək və yeni məhsullar satmaq üçün bu sərgidən faydalana bilərsiniz. Çin şirkətlərinin nümayəndələri ilə bir-başa görüşlər keçirə biləcəksiniz.
Əsas təşkilatçılar: "Shanghai Kanchen Exhibition Co.,LTD" və “International Club of Manufacturers, Exporters and Importers LLC”.
Sərginin ilk günündə dövlət qurumları və agentliklərinin nümayəndələrinin iştirakı ilə rəsmi açılış olacaq.
Sərgidə iştirak etmək üçün qeydiyyat mütləqdir. İştirak ödənişsizdir.
Yalnız qeydiyyatdan keçmiş ziyarətçilərə sərgidən 5-7 gün öncə Çin şirkətlərinin siyahısı və sərgi proqramı göndəriləcək.
Qeydiyyat http://www.ccfaexpo.com/registration linki vasitəsilə mümkündür.
Ətraflı məlumat almaq üçün: 050 475 57 28 (Whatsapp)
Sərgidə stend icarəyə götürmək, reklam və tanıtım imkanlarından faydalanmaq istəyən şirkətlərin nəzərinə!
Əgər sərgi iştirakçısı olmaq, şirkətinizi, xidmət və məhsullarınızı tanıtmaq istəyirsinizsə aşağıda qeyd olunan imkanlardan istifadə edə bilərsiniz (yerlər məhduddur):
1. Sərgidə 9 kv.m stend 3 günlük icarəyə götürmək.
2. Üç günlük sərgi zamanı poliqrafiya və promo materiallarınızın (flayer, buklet, kataloq, qələm, bloknot) sərgiyə gələn 3000-dən çox iş adamı və şirkət nümayəndəsinə paylanılması.
Qeydiyyat https://az.b2bagro.ru/milli-sergi-2023 linki vasitəsilə mümkündür.
Ətraflı məlumat almaq üçün: 050 475 57 28 (Whatsapp)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
15 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
20 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
25 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
44 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ



























.jpg)





