SİMA ilə yeni bank hesablarının açılması sadələşdi
(®) Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2023-cü il tarixli Qərarı ilə “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda təsdiq edilən dəyişiklik “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fəaliyyət dairəsinin daha da genişlənməsinə imkan yaradıb.
Dəyişikliyin əsas müddəalarından biri də gücləndirilmiş elektron imza ilə məsafədən bank hesablarının açılmasının mümkünlüyü ilə bağlıdır.
Bu dəyişikliyə əsasən, vətəndaşlar və fərdi sahibkarlar SİMA ilə müştərisi olduğu bankda rahat və sürətli şəkildə yeni hesab açmaq imkanı əldə ediblər.
Müvafiq əməliyyatın həyata keçirilməsi üçün artıq müştərinin banka getməsinə və ya əvvəlki kimi videozənglə təkrar kimliyini təsdiqləməsinə ehtiyac yoxdur.
Belə ki, SİMA rəqəmsal imzaya sahib olan şəxslər bank hesabının açılması üçün müştərisi olduğu banka onlayn qaydada müraciət edərək sonda təsdiq üçün sənədləri məhz elə SİMA gücləndirilmiş elektron imza ilə anında imzalaya bilərlər.
Bankların müştəri məmnuniyyətinin artırılması məqsədilə bu xidməti biometrik həllərə əsaslanaraq həyata keçirməsi üçün SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya etməsi kifayətdir.
SİMA yeni nəsil rəqəmsal imza ilə xidmətlərin təşkili maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Həmçinin SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı SİMA-nın rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

