Son 1 il ərzində Azercell-in mobil internet xidmətindən istifadə 30%-dən çox artıb
Azercell şəbəkəsini yüksək templə genişləndirməyə və modernləşdirməyə davam edir(®) 1 il öncə şəbəkəsinin genişləndirilməsi və modernləşdiriməsi üzrə genişmiqyaslı layihəyə start verən Azercell bu istiqamətdə bir sıra mühüm işlər görüb.
Lider mobil operator ümumi şəbəkə tutumunu ölkə boyu gücləndirməklə yanaşı Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salıb.
Eyni zamanda, ötən ilin avqust ayından etibarən Azercell respublikanın müxtəlif regionlarında 160 yeni 4G baza stansiyası quraşdırıb, 1554-dən çox baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb.
Təkcə Naxçıvan Muxtar Respublikasında lider mobil operator 70-dən çox yeni 4G baza stansiyasını istifadəyə verib. Bununla da lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 14.1% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində Azercell-in internet trafikinin həcmində 30% -dən çox artım müşahidə edilib.
Azercell işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.
Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan Azercell, ötən il Qarabağda “yaşıl” texnologiyaların da tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan Azercell öz mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsi istiqamətində Azərbaycanda 300-dən çox yeni baza stansiyası quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirməyi planlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)




.jpg)
