"AFB Bank" son maliyyə vəziyyətini açıqladı
"AFB Bank" ASC 2023-cü ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "AFB Bank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 617 min manat və ya 7,3% artaraq 9 milyon 59 min manat, qeyri-faiz gəlirləri isə 252 min manat və ya 5,2% artaraq 5 milyon 129 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 14 milyon 189 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 10 milyon 934 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 255 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 2 milyon 240 min manat mənfəətə əlavə edilib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "AFB Bank"ın cəmi əməliyyat gəlirləri 13 milyon 319 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 567 min manat, əməliyyat mənfəəti 4 milyon 752 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 3 milyon 922 min manat mənfəətə əlavə edilmişdi.
2023-cü ilin birinci yarısında "AFB Bankın cəmi əməliyyat gəlirlərinin 870 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 2 milyon 367 min manat artıb. Bu səbəbdən Bankın əməliyyat mənfəəti 1 milyon 497 min manata azalıb.
"AFB Bank"ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 5 milyon 495 manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 8 milyon 674 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "AFB Bank"ın xalis mənfəəti 3 milyon 179 min manat və ya 57,8% azalıb. Xalis mənfəətin düşməsi xərclərin artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğin daha az olması ilə əlaqədardır.
BANK BÖYÜYÜB
"AFB Bank" cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 4,4% artaraq 30 iyun 2023-cü il tarixində 294 min 863 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) cüzi (86 min manat) azalaraq 170 milyon 768 manat olub. O cümlədən, Bankın istehlak kreditləri portfeli 2 milyon 959 min manat artaraq 22 milyon 38 min manata, ipoteka kreditləri portfeli 6 milyon 264 min manat artaraq 56 milyon 365 min manata yüksəlib, biznes kreditləri portfeli isə 9 milyon 309 min manata azalaraq 92 milyon 364 min manata düşüb.
2023-cü ilin ilk 6 ayında "AFB Bank" qiymətli kağızlara investisiyaları 3 dəfə artaraq 55 milyon 845 min manata yüksəlib.
"AFB Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 9,3% və ya 10 milyon 859 min manata artaraq 127 milyon 27 min manata çatıb. Bankda fiziki şəxslərin depozitləri artıb.
30 İyun 2023-cü il tarixində "AFB Bank" 76 milyon 589 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























