Avropa bankı Azərbaycandakı əməliyyatlarına yeni rəhbəri təyin edib
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Natali Mouravidzeni Bankın Azərbaycandakı əməliyyatlarının yeni rəhbəri təyin edib. Artıq Xanım Mouravidze AYİB-in Bakıdakı Daimi Nümayəndəliyində (DN) artıq öz vəzifələrini icra etməyə başlayıb.
Bu barədə Marja-ya AYİB-dən bildirilib.
Xanım Mouravidze deyib: “Mən çoxdan heyran olduğum Bakı komandasına rəhbərlik etməkdən şərəf duyuram. Azərbaycan mühüm çətinliklərin öhdəsindən gəlmiş dayanıqlı iqtisadiyyata sahib ölkədir. AYİB-in Bakı komandası ilə birlikdə mən öz enerji və təcrübəmi Azərbaycanın iqtisadi bazasını genişləndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək səylərini dəstəkləməyə yönəldəcəm”.
Gürcüstan vətəndaşı olan xanım Mouravidze Banka 2003-cü ildə qoşulub. O, direktor müavini və baş bankirdir və Bankın İstehsal və Xidmətlər sektorunun Regional Koordinatoru olub. O, həm də Tbilisi DN-ni rəhbərlik dəyişikliyi zamanı idarə edib.
Nataly Beynəlxalq Biznes və İqtisadiyyat üzrə Bakalavr dərəcəsinə (BBA), o cümlədən Amerika Birləşmiş Ştatlarından Maliyyə üzrə Biznesin İdarə Edilməsi üzrə Magistr dərəcəsinə (MBA) malikdir.
Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı institusional investordur və burada maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 188 layihəyə 3,5 milyard avrodan çox sərmayə qoyub, onların əksəriyyəti özəl sektorda olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)
