Universitetin rektoru valideynlərlə görüşəcək
UNEC-in rektoru professor Ədalət Muradov abituriyentlərin valideynləri ilə görüşmək üçün “Açıq qapı” keçirəcək. Bu barədə rektor rəsmi Facebook səhifəsində valideynlərə müraciət ünvanlayıb.
“Əziz valideynlər,
Övladınızın tələbə adını qazanması üçün onlarla birlikdə uzun yol qət edərək, böyük əmək sərf etdiniz. Onlara gələcək karyerasının başlanğıc nöqtəsi olacaq və yeni-yeni uğurlar qazandıracaq universitet seçimində yardım etmək məqsədilə sizi “Açıq qapı”da mənimlə görüşə dəvət edirəm. Görüş zamanı UNEC-lə bağlı sizi maraqlandıran bütün suallara cavab tapa biləcəksiniz.
“Açıq qapı” 14 iyul, saat 15:00-da, əsas tədris binasında (Bakı ş., İstiqlaliyyət 6) olacaq.
Hər birinizə və övladlarınıza uğurlar arzulayıram!”
QEYD: "Açıq qapı"da iştirak etmək istəyən valideynlər şəxsiyyət vəsiqələrini də özləri ilə götürməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
10 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























