AccessBank-ın İdarə Heyətinə yeni təyinat olub
Tamamilə xarici səhmdarlara malik AccessBank QSC-in Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Bankın İdarə Heyətinə yeni üzv təyin edilib.
Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov artıq İdarə Heyətinin üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb.
Renat Hümbətov 18 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Bankın Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbəri olmaqla yanaşı həm də Regional menecer kimi fəaliyyət göstərib. 2021-2022 illərdə isə Bankın Mikro və Aqro Müştərilərlə iş üzrə Departamentinin rəhbəri olub. O, 2022-ci ilin aprel ayından Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktordur.
Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Azərbaycan, rus, ingilis dillərini bilir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)


