Gəncləri hərbi xidmətə yararsız edən şəxslər bir-bir məsuliyyətə cəlb olunurlar
Qanunsuz hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilirBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
Əməliyyat-istintaq tədbirləri ilə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin müfəttişi Ramil Həsənov və Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Ramil Həsənov və Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub. Əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb. Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin və cinayətə aidiyyəti olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı “Asangroup Xaricdə Təhsil” adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda S.İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 4 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib




















