AZAL Pakistanın daha 2 şəhərinə uçuşlar həyata keçirəcək
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) Pakistanın Karaçi və İslamabad şəhərlərinə uçuşların həyata keçirməsinə icazə verilib.
Xarici KİV xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın federal aviasiya naziri Xavaja Saad Rafiqlə keçirdiyi görüşdə qeyd olunub.
Bununla bağlı, Pakistan Federal Aviasiya ilə AZAL arasında kod-şerinq razılaşması əldə olunub.
Görüş zamanı iki ölkə arasında aviasiya reyslərinin artırılması barədə razılıq əldə olunub.
Pakistanın federal aviasiya naziri deyib ki, iki ölkə arasında dərin dini, mədəni və qardaşlıq əlaqələri mövcuddur, qarşılıqlı uçuşların təşviqi iki ölkə arasında turizm və ticarəti inkişaf etdirəcək.
Xatırladaq ki, AZAL hazırda Pakistanın Lahor şəhərinə birbaşa uçuşlar təşkil edir. Aviareyslər hər həftənin çərşənbə və şənbə günləri saat 14:00-da həyata keçirilir. Məlumata görə, İslamabada uçuşlar iyul ayından başlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
40 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























