Milyonluq tenderləri udan şirkət qazancını açıqladı
Dövlət qurumlarının keçirdiyi tenderlərdə tez-tez qalib olan “Element YT” QSC şirkəti 2022-ci ili 1 milyon 796 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlamadığından müqayisə mümkün olmur.
Marja.az xəbər verir ki, ötən il “Element YT” QSC-nin satışdan gəlirləri 12 milyon 36 min manat, əməliyyat xərcləri 9 milyon 792 min manat təşkil edib. Həmçinin şirkət 449 min manat mənfəət vergisi ödəyib.
2019-cu ildə dövlət qeydiyyatına alınmış, 2000 manat nizamanmə kapitalı olan “Element YT” QSC-nin direktoru Paşayev Mətləb Allaverdi oğludur.
Ötən il Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub. Belə ki, Nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC ilə məbləği 15 milyon 144 min 749 manat 40 qəpik olan müqavilə imzalayıb. Elm və Təhsil Nazirliyi 2021-ci ildə də “Element YT” MMC-yə isə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması üçün 13 milyon 99 min 713 manat 90 qəpiklik müqavilə imzalamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















.jpg)
