Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və aparıcı audit şirkətləri ilə görüş keçirilib
İyunun 14-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və aparıcı audit şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirdə çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov ötən müddət ərzində respublikamızda mühasibat uçotu sahəsində görülən işlər və qarşıda duran məsələlər barədə məlumat verib.
Hazırda ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının baş mühasiblərinin Peşəkar Mühasib Sertifikatının (PMS) əldə edilməsi ilə bağlı müddətinin azalmasına diqqət çəkən Azər Bayramov onların bilik və bacarıqlarının artırılması istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları ilə mühasibat uçotu sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi və peşəkar mühasib sertifikatı ilə bağlı işlərin sürətləndirilməsi istiqamətində müzakirələr aparılıb. Görüş iştirakçıları mühasiblərin davamlı peşəkar inkişaf proqramları üzrə tələblərin qanunvericiliyə daxil edilməsinin zəruriliyi, Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirmə işlərinin artırılması, bu sahədə nəzarət mexanizminin müəyyənləşdirilməsi, PMS reyestr sisteminin təkmilləşdirilməsi, imtahanların mütəmadi olaraq dəqiq vaxt qrafiki ilə keçirilməsinin vacibliyi və s. məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.
Sonda görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, PMS ilə bağlı təbliğat işlərinin aparılması, mühasiblər üçün təlimlərin təşkili, ələlxüsus da regionlarda maariflənmə işlərinin aparılması layihələri dəstəklənməkdədir.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunadək paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, orta və iri sahibkarlıq subyektləri hesab edilən kommersiya təşkilatlarının baş mühasiblərinin peşəkar mühasib olması, habelə mühasibat uçotu xidmətini həyata keçirən təşkilatların ən azı iki peşəkar mühasiblə əmək müqaviləsinin olması zəruridir. Peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə onlara baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər cərimə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























