Avropada dövlət borcunun ÜDM-ə nisbəti artıb
Avropa Statistika Ofisinin (Eurostat) bu gün açıqladığı məlumatlara görə, 19 üzvlü Avro Zonasının dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti, (dövlət borcu/ÜDM) 2016-nın son rübündə 89,2 faiz idisə, bu ilin ilk rübündə 89,5%-ə qalxıb.
28 üzvlü AB-də isə dövlət borcunun ÜDM-ə nisbəti, həmin dövrdə 83,6%-dən 84,1%-ə yüksəlib.
2016-nın ilk rübü ilə müqayisədə isə Avro Zonasında dövlət borcu/ÜDM nisbəti, 91,2%-dən 89,5%-ə və AB-də 84,3%-dən 84,1%-ə enib.
Ən yüksək dövlət borcu/ÜDM nisbəti Yunanıstandadır
AB-nə üzv ölkələr arasında ilin ilk üç aylıq dövründə ən çox dövlət borcu/ÜDM nisbətinə malik ölkə 176,2% ilə Yunanıstan olub. Yunanıstanın ardınca 134,7 faiz ilə İtaliya və 130,5% ilə də Portuqaliya gəlir.
Sözügedən dövrdə ən az dövlət borcu/ÜDM nisbətinə malik ölkə isə 9,2% ilə Estoniya olub. Estoniyanın ardınca 23%-lə Lüksemburq və 28,6% ilə Bolqarıstan gəlir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
8 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 40 d. əvvəl
- 54 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























