“Azərlotereya” sahibi ilə 35 milyon manatlıq əməliyyatlar aparıb
2021-ci ilin fevral ayında İqtisadiyyat Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycan dövlətinə məxsus “Azərlotereya” ASC, Türkiyənin "Demirören Holding” şirkətinə daxil olan “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəməsi “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilib.
Marja.az xəbər verir ki, 2022-ci ildə “Azərlotereya” ASC tərəfindən 30 milyon 195 min manat dividendlər ödəyib. Şirkət 2021-ci ildə 5 milyon 161 min manat dividendlər ödəmişdi.
Ötən il “Azərlotereya” ASC tərəfindən elan edilmiş dividendlər isə 4 milyon 783 min manat olub. Ödənilmiş və elan edilmiş dividendlər daxil şirkətin sahibi ilə əməliyyatların məbləği 34 milyon 978 min manat olub. 2021-ci ildə “Azərlotereya”nın sahibi ilə əməliyyatlarının məbləği 5 milyon 160 min manat təşkil etmişdi.
Xəbər verdiyimiz kimi, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2022-ci ili 41 milyon 99 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 7 milyon 581 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərlotereya”nın xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 5,4 dəfə artıb. “Azərlotereya”nın lotereyaların satışdan və mərc oyunlarından cəmi gəlirləri 2021-ci ildə 43 milyon 970 min manat ikən, 2022-ci ildə 258 milyon 164 min manata yüksəlib (5,9 dəfə artıb). “Azərlotereya” 2022-ci ildə 1 milyon 187 min manat maliyyə gəlirləri də əldə edib (2021-ci ildə 505 min manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


