Köhnə minik avtomobilini “metalloma”a verənlərə ödəniş 3000 manatdan başlayacaq
Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri nəqliyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək.
Bunu Milli Məclisin Tebii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Təmiz Şəhər" ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib.
"Burada beynəlxalq kateqoriyaları nəzərə almışıq. Məsələn, M-1 və başqa kənd təsərrüfatı üzrə istifadə olunan nəqliyyat vasitələri və digər texnoloji nəqliyyat vasitələri kateqoriyalar üzrə fərqləndirilir. Burdaa məbləğlər ən aşağı A və A-1 kateqoriyaları üzrə 200 manatdan, ümumi minik avtomobilləri üçün 1 500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur. Lakin biz daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verdiyimizə görə hesab edirik ki, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Biz birdəfəlik ödəniş məbləğini həmin güzəşt məbləğinin 50 %-i qədər planlaşdırırıq", - deyə M.Laçınov bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
25 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 29 d. əvvəl
-
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
3 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























