"Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə ediblər"
Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan 5-ci görüşündə açıq və nəticəyə yönəlik fikir mübadiləsi aparılıb.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.
O qeyd edib ki, tərəflər Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasında əldə edilən tərəqqiyə fokuslanıblar və liderlər Cənubi Qafqazda sülhə ümumi istəklərini ifadə ediblər.
“Mən onların səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Sülh müqaviləsi ilə bağlı bu yaxınlarda ABŞ-da keçirilmiş pozitiv danışıqların ardınca Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh razılaşmasının imzalanması istiqamətində həlledici addımların atılması üçün qazanılmış impuls saxlanılmalıdır”, - o vurğulayıb.
Mişel: Hər iki lider Ermənistanın 29,8 min və Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünə hörmətini təsdiqləyib
Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.
Mişel qeyd edib ki, hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliyini, Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinə və Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünə hörmətini təsdiqləyib.
“Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”, - Mişel əlavə edib.
Azərbaycan və Ermənistan liderləri yenidən Brüsseldə görüşəcək
Avropa İttifaqının gizli gündəliyi yoxdur, məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlamasında qeyd edib.
O, liderlərin iyulda Brüsseldə görüşəcəyini qeyd edib.
Mişel: Naxçıvana dəmir yolu əlaqələrinin açılması ilə bağlı mövqelər bir-birinə çox yaxınlaşıb
Kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.
“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, - Mişel qeyd edib.
XXX
Avropa İttifaqı Azərbaycan və Ermənistana hərtərəfli normallaşmaya nail olmaq üçün yardım etməyə sadiqdir.
“Biz onların birgə səylərinə töhfə verməyə davam edəcəyik”, - Şarl Mişel əlavə edib.
XXX
Şarl Mişel: Azərbaycan və Ermənistan liderlərini 3-cü Avropa Siyasi sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindəyəm
Biz çox yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla birlikdə 2-ci Avropa Siyasi İcması Sammiti çərçivəsində Kişinyovda görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindəyəm”, - Mişel deyib.
Avropa İttifaqının (Aİ) gizli gündəliyi yoxdur. Bizim tək məqsədimiz Ermənistanla Azərbaycanın hərtərəfli və ədalətli sülhə nail olmasına yardım etməkdir.
Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.
"Biz onların birgə səylərinə töhfə verməyə hazırıq. Biz Brüssel görüşlərini zəruri olduğu qədər tez-tez keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə bir daha görüşəcəklər.
Daha əvvəl ictimaiyyətə açıqlandığı kimi, biz çox yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla birlikdə 2-ci Avropa Siyasi İcması Sammiti çərçivəsində Kişinyovda görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindəyəm”, - Mişel deyib.
XXX
Brüssel görüşündə itkin düşmüş şəxslərin taleləri və minaların təmizlənməsi işinin sürətləndirilməsi müzakirə edilib
Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Brüssel görüşündə humanitar məsələlər də müzakirə edilib.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında qeyd olunub.
Bildirilib ki, görüş zamanı qarşıdakı həftələrdə saxlanılanların azadlığa buraxılmasına dair anlaşma əldə edilib.
“Mən həmçinin sadəcə olaraq azaraq sərhədi qarşı tərəfə keçmiş əsgərlərin sürətli prosedurlarla azad edilməsinin davam etməsinə dair qarşılıqlı anlaşmanın qorunmasına ehtiyacı vurğuladım. Biz həmçinin itkin düşmüş şəxslərin taleləri və minaların təmizlənməsi işlərinin sürətləndirilməsinin vacibliyini müzakirə etdik”, - Şarl Mişel vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















