Milli İnsan Resursları Forumu 2023 yekunlaşdı!
“Gələcəyə dəyər” şüarı ilə “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə keçirilən Milli İnsan Resursları Forumu uğurla yekunlaşıb.
“Gələcəyə dəyər” şüarı altında keçirilən forumda insan resursları sahəsində tanınmış rəhbər şəxslər, peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak edib.
“Facemark” MMC və “Business Management School” MMC, “HR Option” MMC təşkilatçılığı, “ROOF Academic Training” şirkətinin baş sponsorluğu, "Consulta" İdarəetmə və Texnologiya Konsaltinq şirkətinin, “Alas Academy”nin panel sponsorluğu, “Başkent” restoranlar şəbəkəsi və GRC Liderlik Konsultasiya şirkətinin dəstəyilə baş tutan forum ölkəmizdə insan resursları idarəçiliyinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyərək 600 nəfər rəhbər şəxs və dövlət rəsmilərini bir araya toplayıb.
Layihə rəhbəri Cabir Süleymanlının açılış nitqindən sonra tədbir Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və baş sponsor “Roof Academic Training” şirkətinin rəhbəri Rüfət Hüseynzadənin nitqləri ilə davam edib.
3 moderator və 15 spiker "Gələcəyə dəyər" qatmaq üçün "Gələcəyin insanı", "İstedad yoxsa təcrübə?", "Fərqli prizma", üzrə müxtəlif mövzuları müzakirə ediblər.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyəti sədrinin müavini Rəşad Məhərrəmovun moderator olduğu “Gələcəyin insanı” panelində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, "Paşa Sığorta" ASC-nin İnsan Resursları və Daxili Kommunikasiyalar Departamentinin rəhbəri Asif Sadıqov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “Kaynağım İnsan” şirkətinin HR konsultantı İpek Aral və "Consulta" İdarəetmə və Texnologiya Konsaltinq şirkətinin idarəedici partnyoru Tolga Acarlı “Sürətlə dəyişən iş mühitlərinin necə bir işçi qüvvəsinə ehtiyacı olacaq?” və “Gələcəkdə istedadlı işçilərin şirkətlərə bağlılığını artırmaq üçün necə iş mühiti qurulmalıdır?” mövzularında təqdimatlarını həyata keçiriblər.
SOCAR Downstream Management MMC-nin insan resursları direktoru Elmir Məmmədovun moderator olduğu "İstedad yoxsa təcrübə" panelində ABB QSC-nin insan resurslarının idarə edilməsi departmentinin direktor müavini Roman Süleymanov, “Baker Tilly Audit Azərbaycan” şirkətinin HR direktoru Təranə Qurbanova, Veysəloğlu Şirkətlər Qrupunun insan resursları direktoru Ziya Rəcəbov iki ziddiyyətli yanaşma ətrafında fikir mübadiləsi aparıblar. Panel sonunda iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
"Fərqli prizma" Mazarina MMC-nın İR direktoru Nərgiz Seyidzadənin moderatorluğu ilə baş tutub. Müasir Psixologiya Mərkəzinin rəhbəri Aidə Sübhan, yazar Aqşin Yenisey, aktyor-ssenarist Azər Aydəmir və “ROOF Academic Training” şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadə tərəfindən effektiv insan resursları idarəçiliyi metodları mövzusunda müzakirə aparılıb.
Forumun sonunda müsabiqə keçirilərək iştirakçılar arasında qalib gələn şəxslərə müxtəlif şirkətlərdən dəyərli hədiyyələr təqdim olunub. Qeyd edək ki, tədbir zamanı iştirakçılar sertifikat əldə ediblər.
Tərəfdaşlarımız - ASAN İnnovativ İnkişaf Mərkəzinə, tərəfdaşımız “Admedia” şirkətinə, “Anzera” şirkətinə, SMS Dəyərləndirmə tərəfdaşımız “Qmetr” şirkətinə, Rəqəmsal platforma tərəfdaşımız “Adviad” şirkətinə, çöl reklamları tərəfdaşımız “Brand Media” şirkətinə, çap, promo, reklam tərəfdaşımız “Crea Time” şirkətinə, kreativ konsept tərəfdaşımız Fil Agency-ə, proqram təminatı tərəfdaşımız “Logix” şirkətinə, sayt tərəfdaşımız “Markup” şirkətinə, reklam tərəfdaşımız “MaxGroup Plus” və “Spring” şirkətinə, media tərəfdaşlarımız – Beylimedia, Newmedia, Bizimyol.info, Report.az, Marja.az, 1news.az, oxu.az, Operativ media, İqtisadiyyat.az, Araz FM “Biznes mərkəzi” verilişinə, İctimai radio, ARB TV və Baku TV kanalına təşəkkür edirik!
Tədbirdən görüntüləri təqdim edirik:
Facebook: https://www.facebook.com/mirfaze/
İnstaqram: https://www.instagram.com/mirf.aze/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
25 d. əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
48 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 51 d. əvvəl
-
58 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
1 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
1 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
1 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
2 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb










.webp)







.jpg)




.jpg)


