Füzuli Mərkəzi Parkı belə olacaq - FOTOLAR
Məlum olduğu kimi, işğaldan azad olunmuş Füzuli rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə Mərkəzi Park salınır.
Qarabağ Dirçəliş Fonduna istinadən xəbər verilir ki, şəhərin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatı nəzərə alınaraq parkın 22,47 hektar ərazidə salınması planlaşdırılır.
Hazırda Fondunun sifarişi və maliyyə dəstəyi ilə şirkətlərdən biri tərəfindən Füzuli Mərkəzi Parkının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir. Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.
Eyni zamanda parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun və s. kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Füzuli Mərkəzi Parkının pre-konsepti üzrə görüləcək işlər, ərazidə mövcud vəziyyət barəsində məlumatlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ötən ilin mayında Füzuli rayonuna səfəri çərçivəsində təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















