Dövlət Xidməti “Azunisert” şirkətini cərimə etdi, akkreditasiyasını dayandırdı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti akkreditasiya qanunvericiliyinin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlara qarşı nəzarət tədbirlərini davam etdirir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sertifikatlaşdırma fəaliyyəti sahəsində akkreditasiya edilən “Azunisert” MMC Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən ona verilən icazə sənədindən (akkreditasiya attestatından) istifadə edərək qanunvericiliyin tələblərini pozub. Belə ki, “Azunisert” MMC akkreditasiya sahəsindən kənara çıxmaqla, müxtəlif sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları təqdim edib. Qeyd edək ki, bu fakt sahibkarlıq subyektlərinin və istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların çaşdırılmasına səbəb ola bilər.
Uyğunluq sertifikatlarının ləğvi barədə müvafiq göstərişlərə baxmayaraq, “Azunisert” MMC Dövlət Xidmətinin yazılı göstərişlərini yerinə yetirməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidməti tərəfindən “Azunisert” MMC barəsində ayrı-ayrı qanun pozuntuları üzrə inzibati xəta haqqında protokollar tərtib edilib və aidiyyəti üzrə baxılması üçün məhkəmə orqanlarına göndərilib. Məhkəmə Dövlət Xidmətinin hərəkətlərini qanuni hesab edib və “Azunisert” MMC hüquqi şəxs qismində inzibati cərimə edilib.
Eyni zamanda, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan illik qiymətləndirmə çərçivəsində “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki fəaliyyətinin akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Bununla da, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdimatı əsasında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki akkreditasiyasının dayandırılması barədə qərar qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























