"Hamımız “Barmek” və “Bayva”nı çox yaxşı xatırlayırıq"
“Həmin şirkətlər xeyli vəsait yığıb ölkədən getdi, amma heç bir investisiya qoymadı".“Zamanında bəzi qurumlarımızın “fəaliyyəti” nəticəsində həyata keçirilən bəzi məsələlər, layihələr elə vəziyyətlə üzləşdi ki, insanlar onların təkrarlanmasından qorxur. Hamımız “Barmek” və “Bayva”nı çox yaxşı xatırlayırıq”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.
“Həmin şirkətlər xeyli vəsait yığıb ölkədən getdi, amma heç bir investisiya qoymadı. Burada sual meydana çıxır ki, bu işə nəzarət edən qurumlar nəyə baxırdı, hara baxırdı? Axı onların vəzifəsi bu işləri tənzimləmək idi. Qurumlar bunun məsuliyyətini sonra daşıdılarmı? Əgər daşımadılarsa, kim cavab verə bilər ki, sabah eyni şeylər yaşanmayacaq? Bizim buna zəmanətimiz varmı? Qurumların maraq savaşının qurbanı insanlar oldu. Bəzi məmurların maraqlarının əziyyətini insanlar, dövlət çəkdi. Bizə zəmanət veriləcəkmi? Bu gün bölgələrdə onsuz da xeyli problemlərlə üzləşirik. Məlum olur ki, insanlara artıq elektrik sərfiyyatı yazılır. Əslində, bu islahatlar ciddi araşdırılmalı, tənzimləmə qaydaları dəqiq olmalı, insanlara bunun açıqlaması verilməlidir. Səhvlərimizi etiraf etməkdən çəkinməməliyik”, - deyə deputat əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)





