Sumqayıt Kimya Sənaye Parkında 3 yeni şirkət
Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, Sənaye Parkına investorların cəlb olunması işləri davam etdirilir.
Marja xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb.
Yeni rezident “Az-Kom Servis” MMC Sənaye Parkının ərazisində tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel yanacağının istehsalını həyata keçirəcək.
Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti “Neo Project” MMC tərəfindən Sənaye Parkında müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal edəcək müəssisə inşa olunacaq.
Sənaye Parkının daha bir rezidenti “Sakuraz Green Energy” MMC tərəfindən “Litium akkumulyatorlarının bərpası” layihəsi həyata keçiriləcək.
“Sakuraz Green Energy” MMC və “Neo Project” MMC tərəfindən istehsal olunan məhsulların daxil və xarici bazarlara satışı nəzərdə tutulur. “Az-Kom Servis” MMC-də istehsal edilən məhsullar isə daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















