Azərbaycanın qeyri-həyat sığortası sektorunun mənfəətliliyi azalıb
Azərbaycanın sığorta sektorun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşır.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, il ərzində həyat sektorunun mənfəətliliyi artmışdır. Belə ki, sektorun xalis mənfəəti (76% və ya 23 milyon manat) artaraq 53 milyon manat təşkil etmişdir. Mənfəətlilik əsasən il ərzində əməliyyat gəlirlərinin 30% (115 milyon manat) artımı, işlərin aparılması xərclərinin 10% (7.1 milyon manat) azalması hesabına təmin edilib. Mənfəətliliyə azaldıcı təsir edən əsas amillər isə xalis sığorta ehtiyatlarının 1.8 dəfə (84.4 milyon manat) artması olmuşdur.
Qeyri-həyat sektorunun mənfəətliliyi isə 23% (5 milyon manat) azalaraq 17 milyon manat təşkil etmişdir. Bu azalma əsasən əsas əməliyyat gəlirlərinin ötən illə müqayisədə 5% (25 milyon manat) azalması hesabınadır. Eyni zamanda, işlərin aparılması xərclərinin və digər xərclərin müvafiq olaraq 9% (11 milyon manat) və 3.2 dəfə (13 milyon manat) artması xalis mənfəətin azalmasını şərtləndirmişdir.
Hesabatda qeyd edilib ki, həyat və qeyri-həyat sinifləri üzrə gəlirlilik dinamikası fərqlənir. Son 5 ildə həyat sığorta sinifləri üzrə xalis mənfəət 2 dəfədən çox artaraq 53 milyon manata çatmışdır, ROA əmsalı aktivlərin də müvafiq artımı səbəbilə eyni səviyyədə qalmış, ROE əmsalı isə 14 faiz bəndi artmışdır. Belə ki, haqların və müvafiq olaraq aktivlərin artımı nəticəsində kapitalın aktivlərə nisbəti 10 faiz bəndi azalmışdır. Qeyri-həyat sığorta sinifləri üzrə son 5 ildə xalis mənfəət 2 dəfə azalaraq 17 mln. manat təşkil etmişdir. Mənfəətlilik göstəriciləri olan ROA əmsalında 4 faiz bəndi , ROE əmsalında isə 4 faiz bəndi azalma müşahidə edilmişdir. Sektorun leverec göstəricisində də artım müşahidə edilir. Belə ki, kapitalın aktivlərə nisbətində 21 faiz bəndi azalma müşahidə edilir.
Qeyri-həyat sığorta sahəsi üzrə ən yüksək zərər əmsalına sahib olan siniflər yüksək bazar payına sahib olan siniflərdir. Ən zərərli sığorta siniflərini AVSMMİS, tibbi sığorta və avtonəqliyyat vasitələrinin könüllü sığortası təşkil edir. Bütövlükdə, 2022-ci il ərzində ən yüksək zərər əmsalına sahib siniflərin bazar payı 57% təşkil edir.
Hesabatda vurğulanıb ki, sığorta sektorunun kapitalı tələb olunan kapital normativlərini üstələyir. Ümumilikdə, 2022-ci ildə sığorta sektorunun (müstəsna təkrarsığortaçı ilə birlikdə) balans kapitalı 499 milyon manat, məcmu kapitalı isə 333 milyon manat təşkil edib. Həyat sığortası üzrə məcmu kapital tələb olunan kapitaldan 2 dəfə (60 mln. manat) yüksək olaraq 118 milyon manat təşkil etmişdir. Analoji göstərici qeyri-həyat sektoru üçün isə 47% (52 milyon manat) yüksək olaraq 162 milyon manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
10 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
10 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
10 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar












.jpg)



.jpg)

