Hyundai və Kia-larda nasazlıq - ABŞ-da 570 min avtomobil geri çağırılır
Qısaqapanmaya və yanğına səbəb ola biləcək qüsur.ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, Hyundai Motor America və Kia America şirkətləri birləşdirici qurğunun naqillərindəki nasazlıqlara görə ABŞ-da 570 mindən çox avtomobili geri çağırır.
Marja xəbər verir ki, Hyundai 2019-2023 Santa Fe, 2021-2023 Santa Fe HEV və 2022-2023 Santa Fe Plug-in HEV və Santa Cruz daxil olmaqla 567 912 avtomobili geri çağırılər.
Kia da öz növbəsində keçən il və bu il istehsal etdiyi 3555 Carnival-ı geri çağırır.
Hər iki şirkətdən nəqliyyat vasitələrinin geri çağırılması qərarı, bağlayıcı naqillər modulunun elektron lövhəsində suyun yığılmasının qısaqapanmaya və yanğına səbəb ola biləcəyinə görə qəbul edilib.
Hyundai Motor Company 1967-ci ildə yaradılıb və 1999-cu ildən Hyundai Kia Avtomobil Qrupunun bir hissəsidir. Qərargah Seulda yerləşir. Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı və dünyada dördüncü böyük avtomobil istehsalçısı; minik avtomobilləri, yük maşınları və avtobuslar istehsal edir.
Kia Motors 1944-cü ildə yaradılmış Cənubi Koreya avtomobil şirkətidir. Hər il təxminən 3 milyon avtomobil istehsal edir, beş ölkədə 14 zavodu var. Şirkətdə 40 mindən çox işçi çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























