Neft qiymətləri 15 ayın minimumdan qalxıb, lakin bank böhranı qorxuları davam edir
Cümə axşamı günü neft qiymətləri 2021-ci ilin ən aşağı səviyyəsindən bir qədər yuxarı qalxıb, çünki bazarlar potensial bank böhranı üzərində dayansa da, Çin iqtisadiyyatının bərpası ilə bağlı müsbət proqnoz bu il tələbin yenidən artacağına dair bəzi ümidləri gücləndirib.
Marja xəbər verir ki, investisiya bankı Goldman Sachs Çinin illik iqtisadi artımı ilə bağlı proqnozunu 5,5%-dən 6%-ə yüksəldib və buna ilin əvvəlində ölkənin əksər anti-COVID məhdudiyyətlərini yumşaltdıqdan sonra yaxşılaşan tendensiyaları əsas gətirib.
Çin hökuməti tərəfindən gözlənilən 5% artımdan çox olan proqnoz, Çində bərpanın xam neft tələbini bu il rekord həddə çatdırmağa kömək edəcəyi ilə bağlı gözləntilər yaradıb.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Brent neftinin fyuçersləri 0,8% artaraq 74,28 dollar/barelə, Qərbi Texas markalı neftin fyuçersləri isə 0,6% bahalaşaraq 68,03 dollar/barelə qalxıb. Hər iki müqavilə bu həftə təxminən 11% ucuzlaşıb və 2021-ci ilin dekabrından bəri ən zəif səviyyələrində idi. Dünən axşam saatlarında Brent neftinin qiyməti 71 dollar səviyyələrinədək düşmüşdü.
İsveçrənin kredit şirkəti Credit Suisse Group AG-ninİsveçrə Milli Bankından 54 milyard dollarlıq kredit alması ilə bağlı xəbərlər də qaçılmaz bank böhranı ilə bağlı bəzi narahatlıqları azaltmağa kömək edib.
Lakin son bir həftə ərzində ABŞ-ın 3 bankının iflası ilə bazarlar, böhranın daha geniş yayılmasından qorxur. Bu da öz növbəsində potensial tənəzzülün bu il neftə tələbi ciddi şəkildə azaldacağı ilə bağlı narahatlıqları artırıb.
Qlobal tənəzzülün Çində tələbin bərpasını üstələyəcəyinə dair artan narahatlıqlar fonunda neft qiymətləri bu il indiyədək aşağı düşüb.
Güclü dolların xam nefti beynəlxalq alıcılar üçün bahalaşdırdığını nəzərə alsaq, üç həftəlik minimumdan yenidən qalxan dolların bərpası da neft qiymətlərinə təzyiqi artırıb.
ABŞ-ın xam neft ehtiyatlarının martın 10-a kimi həftə ərzində gözləniləndən daha çox artdığını göstərən məlumatlar tələbin yavaşlaması ilə bağlı narahatlıqları gücləndirib. ABŞ-ın ehtiyatları son 12 həftənin 11-də artıb və bu, dünyanın ən böyük xam neft istehlakçısında potensial tədarük bolluğu ilə bağlı narahatlıqları artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























