“AzerGold” 2022-ci ildəki satış gəlirlərini açıqladı
Ötən il “AzerGold” qızıl və gümüş satışı nəticəsində 207.2 milyon manat əldə edilib. 2017–2022-ci illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş gəlir isə 960.7 milyon manat olub.2022-ci ildə “AzerGold” QSC-nin beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışı həcmlərində müsbət dinamika müşahidə edilib.
QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63.5 min unsiya qızıl və 207.8 min unsiya gümüş olub. Bu, 2021-ci illə müqayisədə qızılın satış həcmində 3.7 min, yəni 6.1%, gümüşün satış həcmində 74.9 min unsiya, yəni 56.3% artım deməkdir.
Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59.9 min unsiya, gümüş üzrə isə 193.5 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə 555 unsiya qızılın, 14.2 min unsiya gümüşün satışı icra edilib. Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.
Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 207.2 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. 2017–2022-ci illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş gəlir isə 960.7 milyon manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















